AZ

“Nestle” körpə qidaları ilə bağlı məhsulunu geri çağırıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paris, 5 fevral, AZƏRTAC

“Nestle France” körpə qidaları ilə bağlı əlavə geriçağırma tədbiri həyata keçirdiyini açıqlayıb. Şirkət bu dəfə “Guigoz” markasına aid yeni bir partiyanı geri çağırıb.

AZƏRTAC xəbər verir ki, qərar Fransada sereulid toksini üçün icazə verilən maksimum həddin aşağı salınmasından sonra qəbul olunub. “Nestle”nin bəyanatında bildirilib ki, Avropa İttifaqı və Fransanın səlahiyyətli qurumları yeni elmi məlumatlar əsasında sereulidin analiz metodlarını yeniləyiblər. Məhz bu yenilənmiş elmi yanaşma çərçivəsində əlavə geriçağırma qərarı verilib.

Qeyd edək ki, sereulid toksini son dövrlərdə körpə qidaları ətrafında ciddi mübahisələrə səbəb olub və daha əvvəl müxtəlif markalara məxsus məhsulların bazardan çıxarılması ilə nəticələnib. Son aylarda bir neçə ölkədə satışa çıxarılan çoxsaylı körpə qidaları da məhz bu toksin səbəbindən geri çağırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
azertag.az

4Mənbələr