Bakı. Trend:
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti VladimirPutinin komandası ilə birbaşa təmasda olduğunu və ukraynalıuşaqların Rusiyadan vətənlərinə geri qaytarılmasına nail olmaqməqsədilə səylərini davam etdirdiyini bildirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Bunun üzərində işləyirəm və proses davam edir. Ümid edirəm ki,çox yaxın zamanda uğura nail olacağıq”, -deyə Ağ Evdə jurnalistlərəaçıqlama verən Melaniya Tramp bildirib.
ABŞ mətbuatının yazdığına görə bu kommunikasiya xətləri MelaniyaTrampın ötən ilin avqustunda Putinə məktub yazmasından bəri qorunubsaxlanılır. Bildirilir ki, xüsusilə ukraynalı uşaqlar məsələsinətoxunulan məktub həyat yoldaşı – Prezident Donald Tramp tərəfindənşəxsən çatdırılıb.
Melaniyanın bu təşəbbüsündən sonra 15 uşaq ( təkcə dekabr ayındayeddi uşaq) Rusiyadan Ukraynaya qaytarılıb.
Ukrayna tərəfi iddia edir ki, Rusiya 2022-ci ilin fevralındabaşlayan müharibədən bəri valideynlərin razılığı olmadan azı 19 minukraynalı uşağı Rusiyaya və ya Rusiya nəzarətində olan ərazilərəaparıb.