AZ

Tələbələrin üzərindən 765 min manat MALİYYƏ YÜKÜ GÖTÜRÜLÜB - Gülnar Zeynalova

Fond əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə standart və sosial təhsil tələbə kreditləri təqdim edir. Sosial kreditlər üzrə illik 2 faiz, standart kreditlər üzrə isə illik 6 faiz dərəcəsi ilə təqdim olunan kredit portfeli üzrə Fondun fəaliyyətə başladığı gündən etibarən rəsmiləşmə sayında hər il artan müsbət dinamika müşahidə olunmuşdur. Statistik göstəricilərə əsasən, rəsmiləşdirilmiş kreditlərin 65 faizi standart, 35 faizi isə sosial kreditlərin payına düşür.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Təhsil Tələbə Krediti Fondunun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova bildirib.

Gülnar Zeynalova vurğulayıb ki, Fondun 4 illik fəaliyyəti dövründə standart kreditlər üzrə 1 600-dən çox müqaviləyə 25 faiz güzəşt tətbiq olunmaqla 384 min manatdan çox, sosial kreditlər üzrə isə 680-dən artıq müqaviləyə 50 faiz güzəşt tətbiq edilməklə 380 min manatdan artıq vəsait bağışlanmış, nəticədə güzəşt mexanizmləri hesabına tələbələrin üzərindən ümumilikdə təxminən 765 min manat maliyyə yükü götürülmüşdür.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr