AZ

Ölkəmizdə hüquqşünas çatışmazlığı var - Ədliyyə naziri

Bakı. Trend:

Hüquq təhsilində islahat bütövlükdə hüquq sistemində həyatakeçirilən islahatların ayrılmaz tərkib hissəsi kimiqiymətləndirilməlidir.

Trend xəbərverir ki, bu fikirləri bu gün “LEGIS” Beynəlxalq Hüquq Forumundaçıxışı zamanı Ədliyyə naziri Fərid Əhmədov deyib.

Ədliyyə naziri qeyd edib ki, hüquq təhsilinin keyfiyyətində olanboşluqlar gələcəkdə ədalət mühakiməsində boşluqların yaranmasınagətirib çıxarır.

“Bu gün təhsil müəssisələrimizdən hər il 1400 hüquq məzunuburaxılır. Bunlardan 600-ü ixtisaslaşmış təhsil müəssisələritərəfindən hazırlanır. Əmək bazarına daxil olan hüquqşünaslarınsayı isə azdır. Azərbaycanda hər 100.000 adama 28 vəkil düşür. Əməkbazarına kifayət qədər hüquqşünas buraxa bilmirik”.

Nazir əlavə edib ki, həmçinin ölkəmizdə hər 100.000 adama 1,5notarius düşür.

Seçilən
45
3
az.trend.az

4Mənbələr