AZ

Fərid Əhmədov: Azərbaycan bazara kifayət qədər hüquqşünas buraxa bilmir

Azərbaycan bazara kifayət qədər hüquqşünas buraxa bilmir.

"Report" xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

Onun sözlərinə görə, məsələnin həll yolu hüquq ixtisası üzrə universetitetlərə qəbul sayının artırılmasıdır:

"Çünki regionlarda kəskin şəkildə hüquqşünas qıtlığı var. Artıq hüquqşünaslıq elitar peşəyə çevrilib. Hüquq ixtisasına daxil olanların topladığı bal 600-dan yuxarıdır. Düzdür, kəmiyyət problemini həll edə bilərik, lakin belə olanda keyfiyyət aşağı düşəcək. Bu baxımdan müvafiq qurumlarla işlər aparılmalı, mərhələli şəkildə ciddi addımlar atılmalıdır".

Seçilən
96
far.az

1Mənbələr