Fransa Silahlı Qüvvələri 2026-cı ildə 42 milyard avro dəyərində silah sifariş etməyi planlaşdırır.
Herbiand.az bildirir ki, bu barədə BFMTV telekanalı Fransa Silahlı Qüvvələrinin Silahlanma Baş İdarəsinə (DGA) istinadən məlumat verib.
“Biz heç vaxt bu qədər sifariş verməmişik”, - kanal DGA direktoru Patrik Payludan sitat gətirib.
Kanal qeyd edib ki, sifarişlər əsasən sursatlara, xüsusən də Meteor və AASM havadan buraxılan raketlərə, eləcə də “Griffon”, “Serval” və “Jaguar” zirehli texnikalarına aiddir. Yeni freqat üçün sifarişlər, həmçinin orta müddətdə “Rafale” qırıcı təyyarələrinin modernləşdirilməsi üçün müqavilələrin imzalanması da planlaşdırılır.
Kanal 2025-ci il üçün ən böyük sifarişləri arasında yeni nəsil təyyarədaşıyan gəmi (PANG) layihəsi üzərində işlərin başlanması və strateji sualtı qayıqlarda yerləşdirilən M51 ballistik raketlərinin modernləşdirilməsi proqramını sadalayıb.
Bəxtiyar CƏFƏRLİ