AZ

UEFA-nın təyin etdiyi vaxt bitir – “Qarabağ”ın transfer üçün son gecəsi

Bu gün UEFA-ya yeni oyunçu sifarişi üçün son tarixdir.

İdmanxeber.az-ın məlumatına görə, avrokuboklarda iştirak edən komandalar heyətlərinə qatdıqları futbolçuları ən gec bu gecəyə qədər bildirməlidir. Yeni oyunçu transferi üçün vaxt ayın 6-da, saat 03:00-da başa çatır.

Bu tarixdən sonra edilən transferlər yalnız ölkə çempionatında çıxış edə bilər.

Əgər Çempionlar Liqasında çıxış edən komandamız avrokuboklar üçün heyətini gücləndirmək niyyəti varsa, qeyd edilən vaxta qədər transferi tamamlamalıdır.

Xatırladaq ki, “Qarabağ” qış transfer dönəmində bir futbolçu ilə güclənib. Ağdam klubu fransalı müdafiəçi Jeremi Qnalini heyətinə qatıb.

Seçilən
13
idmanxeber.az

1Mənbələr