AZ

KLİNTON və ARVADI İFADƏ VERƏCƏK Tramp sabiq prezidentin Epşteyn işi nə cəlbinə belə reaksiya verdi

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp pedofil milyarder Ceffri Epşteyn işi ilə bağlı keçmiş prezident Bill Klintonun istintaqa cəlbinə reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu  barədə "NBC Nightly News" müsahibəsində söz açıb.

Tramp bildirib ki, ABŞ-ın sabiq prezidenti Klintona qarşı araşdırma xoş deyil: "Kiminsə Bill Klintona qarşı tədbir görməsi məni narahat edir. Mən onu bəyənirəm, hələ də ona hörmətim çoxdur. Klintonun da mənə yanaşması müsbətdir. İndi ona qarşı aparılan istintaq  keçmişdə mənə qarşı aparılan qondarma istintaqları xatırladır. Bu cür proseslər insanları  yorur".

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton, ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteyn işləri ilə bağlı araşdırmasının bir hissəsi olaraq ifadəyə çağırılıblar.

Bill Klintonun 27 fevralda video bağlantı vasitəsilə qapalı iclasda, 26 fevralda isə Hillari Klintonun ifadə verəcəyini açıqlanıb.

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
mia.az

1Mənbələr