AZ

"Kanon" aptekdən alınan uşaq yeməyi xarab çıxdı - Araşdırma başladı (FOTO)

Bakıda aptekdən alınan uşaq yeməyində nöqsan aşkarlanıb.

"Unikal"ın məlumatına görə, vətəndaş C.Mirzəliyev 7-ci mikrorayonda yerləşən "Kanon" aptekdən "Kendamil" adlı uşaq yeməyini alıb:

"Məhsulun istehsal tarixi keçməyib, amma hazırlayanda içində düyünlər əmələ gəlir. Bu da uşaq üçün olduqca təhlükəlidir. Aptekə apardım, yoxladılar. Haqlı olduğumu bildirdilər. Müdiriyyətə məlumat verdilər. Dedilər ki, pulunuzu geri qaytaracağıq. Üstündən 3 gün keçdi. Zəng etdilər ki, geri qaytarma edə bilmərik", - deyə vətəndaş əlavə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırılır.

Murad İbrahimli

Seçilən
80
7
unikal.az

9Mənbələr