AZ

Evdən okeana açılan gizli keçid aşkarlandı Öldürdükləri insanları buradan...

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-li milyarder, azyaşlılara qarşı cinsi istismar şəbəkəsi qurmaqda ittiham olunan və məhkəmə prosesi zamanı həbsxanada ölü tapılan Ceffri Epşteynlə bağlı yeni qalmaqallı məlumatlar üzə çıxıb. Son sənədlərdə Epşteynin Littl St. Ceyms adasındakı malikanəsinin və yardımçı binalarının altında tunellərin mövcudluğuna dair yazışmalar yer alıb.

Açıqlanan planlarda evin içindən birbaşa okeana çıxan gizli qapının olduğu göstərilir. Bu keçiddən dənizə cəsədlərin atılmış ola biləcəyi ehtimalı araşdırılır. 

Mütəxəssislər qeyd edirlər ki, ada tamamilə su ilə əhatə olunduğu halda belə bir gizli çıxışın mövcudluğu ciddi suallar doğurur. Onların fikrincə, öldürülən uşaq və gənc qadınların izlərini itirmək məqsədilə bu keçiddən istifadə edilmiş ola bilər.

Memarlıqla bağlı hesabatda diqqət çəkən digər məqam isə Epşteynin evindəki əsas zalın 1978-ci ildə Guyanada baş verən məşhur Jonestown faciəsi ilə oxşarlığıdır. Bildirilir ki, bu zal People’s Temple adlı təriqətin lideri Cim Consun üzvləri toplu intihara məcbur etdiyi Jonestown kompleksindəki “pavilyon”la memarlıq baxımından bənzərlik daşıyır.

ABŞ hakimiyyət orqanları istintaq çərçivəsində zərərçəkənlərin kimliklərinin gizli saxlanılmasına qərar verib. Epşteyn işi ətrafında hər gün yeni faktların ortaya çıxması isə qalmaqalın miqyasının daha da böyüdüyünü göstərir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
azpolitika.info

1Mənbələr