AZ

Elon Maskın sərvəti 850 milyardı keçdi: Dünyanın ilk trilyoneri ola bilər

Elon Mask 2024-cü ildən bəri sərvətini dördqat artıraraq 852,5 milyard dollarlıq rekorda çatıb.

Sitat.info xəbər verir ki, Forbesə görə, SpaceX və Tesla-nın sürətli inkişafı bu tempdə davam edərsə, Mask 2033-cü ildən daha tez “dünyanın ilk trilyoneri” ola bilər.

Son aylarda Tesla səhmlərinin kəskin artımı, 55 milyard dollarlıq bonus paketinin təsdiqi və SpaceX–xAI birləşməsi Maskın sərvətini əhəmiyyətli dərəcədə artırıb.

Analitiklər SpaceX-in inkşafı ilə Maskın sərvətinin birbaşa 1 trilyon dollar həddini aşacağını bildirirlər.

Eyni zamanda, Tesla-nın müstəqil nəqliyyat və süni intellekt sahəsindəki irəliləyişlərinin şirkətə növbəti onillikdə bazar üstünlüyü qazandıracağı proqnozlaşdırılır.

Nigar,

Sitat.info 

Seçilən
28
1
sitat.info

2Mənbələr