AZ

İsrail Qəzzadakı iki silahlı qruplaşmanın komandirini öldürdü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstin İslam Cihad hərəkatının Şimal Briqadasının iki komandirini öldürüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Gecə ərzində atəşkəsin pozulmasına cavab olaraq İsrail İslam Cihadı terror təşkilatının Şimal Briqadasının komandiri vəzifəsində çalışan terrorçu Əli Razianı vuraraq öldürüb”, – deyə açıqlamada bildirilir.

O, həmçinin qrupun hərbi şurasında iştirak etmiş və İsrail qüvvələrinə qarşı terror hücumları hazırlamaq üçün HƏMAS ilə əlaqələndirilmiş fəaliyyət göstərmişdir.

İsrail ordusunun məlumatına görə, o, əsir götürülmüş əsgər Noah Marcianonun qətlində məsuliyyət daşıyır.

Seçilən
33
veteninfo.az

1Mənbələr