AZ

Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə... Medvedevdən ŞOK

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

 

“ABŞ-ın dünya lideri kimi gücü tükənib. Bəzi konspirasiya nəzəriyyələrinə görə, Şimali Amerikada alimlər və mühəndislərin idarə etdiyi xüsusi bir texnokratik cəmiyyət – “Texnat”ın yaradılması ideyası gerçəkləşməyə başlayır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, bu cəmiyyətin hakimiyyəti əsasən alimlər və mühəndislərə aid olacaq, dövlət isə yalnız ABŞ ərazisini deyil, həmçinin Kanada, Qrenlandiya və Cənubi Amerikanın şimal hissəsini, o cümlədən Venesuela və Kolumbiyanı da resurs bazası kimi əhatə edəcək.

“2026-cı ilin əvvəlində bir çox qeyri-adi və bəzi hallarda absurd proqnozların gerçəkləşməyə başladığını bir neçə dəfə qeyd etmişəm. Buna görə də konspirasiya nəzəriyyələrinə müraciət edək – ciddi elm olmasa da, müasir futurologiyada ən dəqiq doktrinadır,” – Medvedev vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
globalinfo.az

3Mənbələr