AZ

Putinin xüsusi nümayəndəsi Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş olduğunu bildirib

Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş var...

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli görüşün gedişatı barədə danışarkən bildirib.

Putinin xüsusi nümayəndəsi Britaniya və Avropanın “müharibəni qızışdırmalarına” baxmayaraq, Əbu-Dabi danışıqlarında müsbət irəliləyiş olduğunu açıqlayıb.

“Görüşlər müsbət şəkildə davam edir. Şübhəsiz ki, inkişafı, yaxşı və müsbət irəliləyişi görürük”, - o vurğulayıb.

Dmitriyev Avropa və Britaniyanı danışıqlar prosesinə daim müdaxilə etməkdə və onu pozmağa çalışmaqda ittiham edib.

Poliqon.info

Seçilən
70
1
poliqon.info

2Mənbələr