Ajans.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Layihə Diller Scofidio + Renfro (DS+R) memarlıq firması tərəfindən hazırlanıb və yalnız məscid deyil, həm də təhsil mərkəzini özündə birləşdirən 4600 kvadratmetrlik Əl-Mücadilə çoxfunksiyalı kompleksinin bir hissəsidir. Binanın əsas memarlıq xüsusiyyətlərindən biri müxtəlif funksional sahələrin yerləşdiyi dalğavari, perforasiyalı daş damıdır. Namaz zalı və təhsil məkanları zeytun ağacları ilə bəzədilmiş dairəvi həyətlə ayrılıb, minlərlə pəncərə isə təbii işıq təmin edir. 750 nəfərlik namaz zalının daxili hissəsi mücərrəd naxışlı xalça ilə bəzədilib. DS+R bürosu qeyd edir ki, layihənin dizaynı İslam incəsənəti və memarlığından ilhamlanıb.