“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının yarımmüdafiəçisi Fil Fodenin hazırkı forması barədə danışıb. 25 yaşlı futbolçu son matçlarda əsas heyətdəki yerini itirib.
Sportinfo.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “City Report”-a açıqlamasında, Fodenin addım-addım geri qayıdacağını deyib:
“Addım-addım geri qayıdacaq. O, mənim oğlumdur, bizim oğlumuzdur.
Biz onu qorumağa və ən yaxşı formasına qayıtmasına kömək etməyə çalışırıq. O, sadəcə insandır. Səkkiz-doqquz illik karyerada həm yüksəlişlər, həm də enişlər olur. Hər şey sadədir.
Fodenin istedadına və komandamız üçün əhəmiyyətinə şübhə etmirəm”.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 33 matçda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.