AZ

Öcalan azadlığa çıxa bilər “Ümid hüququ” tanınacaq

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Ötən gün Türkiyə Böyük Millət Məclisində Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının V iclası baş tutub.

Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, təxminən 2,5 saat davam edən iclasdan sonra Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Feti Yıldız jurnalistlərin suallarını cavablayıb.

O Komissiyanın qərarlarının gələn həftə elan olunacağını bildirib. Yıldız qeyd edib ki, Komissiya üzvləri PKK terror təşkilatının ömürlük həbsə məhkum edilmiş lideri Abdullah Öcalana “ümid hüququ”nın tanınması barədə razılığa gəliblər:

“Ümid hüququ” mövzusunda razılığa gəldik. Problem yoxdur, yekun qərarda olacaq”.

Qeyd edək ki, “ümid hüququÜ ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkumların müəyyən müddətdən sonra azadlığa buraxılmalarının inzibati və ya məhkəmə orqanı tərəfindən qiymətləndirilməsinə imkan verən hüquqdur. “Ümid hüququ”nun tanınması o deməkdir ki, məhkum ömürlük həbsdə qalmayacağını bilir və müəyyən şərtlərlə azadlığa çıxa biləcəyi ümidi ilə cəzasını çəkir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
yeniavaz.com

1Mənbələr