Fransalı müdafiəçi Kurt Zuma karyerasını Çində davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, 31 yaşlı oyunçu “Şandun Tayşan” klubuna keçməyə yaxındır. Zuma 1 illik müqavilə imzalayacaq və razılaşmada müddətin bir mövsüm uzadılması bəndi də nəzərdə tutulub.
Zumanın son klubu Rumıniyanın ÇFR komandası olub; o, 2025-ci ilin sentyabrından 2026-cı ilin yanvarına qədər 4 oyunda meydana çıxıb.