Liderin baş məşqçisi Elgiz Kərəmli “Football-plus.az”a qarşıdakı oyunla bağlı danışdı:
“Bakıda 10 günlük təlim-məşq toplanışı keçdik. Yoxlama görüşləri və məşq prosesləri istədiyimiz səviyyədə keçdi. Yeni futbolçuları komandanın oyun planına uyğunlaşdırmağa çalışdıq. Fasilədən sonra ilk oyunlar həmişə çətin keçir. Nəzərə alsaq ki, rəqibimiz 2-ci pillədədi, işimiz ikiqat çətin olacaq. Çempionatda gərginliyi artırmamaq üçün bu oyunda məğlub olmamağımız vacibdi. “Baku Sportinq”lə oyuna tam hazırıq. Yeganə itkimiz Urfan İsmayılovdu. Komandaya inamım həmişəki kimi böyükdü. Məqsədimiz qalib gələrək xal fərqini daha da artırmaqdı”.
MÜZƏFFƏR QULUZADƏ