AZ

Papa: Paşinyan və Əliyev dünyada ümid rəmzləridir

Roma Papası XIV Leo 2026-cı il üzrə Zayed İnsan Qardaşlığı Mükafatı laureatlarına ünvanladığı mesajda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevi dünyada ümid rəmzləri adlandırıb.

Vətəninfo.az xəbər verir ki, Papa mesajında bildirib ki, “körpülər əvəzinə divarların tikildiyi” bir dövrdə laureatlar – Nikol Paşinyan, İlham Əliyev, Zərqa Yaftali və Fələstin təşkilatı “Taavon” ümid mayakı kimi çıxış edirlər. Onun sözlərinə görə, laqeydlik əvəzinə çətin həmrəylik yolunun seçilməsi hətta ən dərin kök salmış ayrılıqların belə konkret addımlarla aradan qaldırıla biləcəyini göstərir.

XIV Leo vurğulayıb ki, bu təşəbbüslər qardaşlığın işığının qarşıdurma və nifrətin qaranlığını dəf edə biləcəyini sübut edir.
Papa sonda təşəbbüsə göstərdiyi davamlı dəstəyə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana, eləcə də Zayed Komitəsinə vizyonu və mənəvi mövqeyinə görə təşəkkür edib.
“Qardaşlıq sevgisinin hamı üçün ortaq bir həll yoluna çevrilməsi naminə birlikdə işləməyə davam edək”, – deyə Roma Papası mesajında qeyd edib.

Seçilən
40
veteninfo.az

1Mənbələr