Portuqaliya və İspaniya yığma komandaları futzal üzrə Avropa Çempionatında titul uğrunda mübarizə aparacaqlar.
Fanat.Az xəbər verir ki, həlledici oyuna vəsiqə qazanan komandaların adları ötən gecə baş tutan yarımfinal oyunlarından sonra bəlli olub.
Portuqaliya millisi Fransa üzərində əzmkar qələbə qazanıb. Hesabı "xoruzlar" açsalar da, portuqaliyalılar dörd qol vuraraq kimin daha yaxşı komanda olduğunu nümayiş etdiriblər.
Digər yarımfinalda isə fərqli nəticə qeydə alınıb: İspaniya iki qol vurub, Xorvatiyanın gücü isə yalnız təsəlli qoluna çatıb.
Beləliklə, pireneyli qonşular 7 fevralda finalda qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək lazımdır ki, bu, İspaniyanın onuncu final oyunu olacaq. Bu isə qitə çempionatında bütün zamanların rekordudur.