ABŞ mühəndisləri Ermənistanda TRIPP layihəsi üzrə sahə tədqiqatlarına başlayır.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin mühəndis-məsləhətçi şirkəti olan AECOM-un nümayəndə heyəti Ermənistana TRIPP layihəsi çərçivəsində ərazinin öyrənilməsi məqsədilə işlərə başlamaq üçün səfər edib. Bu barədə ABŞ-nin İrəvandakı Səfirliyi məlumat yayıb.

Diplomatik missiyanın sosial şəbəkədə yaydığı açıqlamada bildirilir ki, layihə çərçivəsində texniki qiymətləndirmələrin aparılması və Ermənistanın uzunmüddətli iqtisadi inkişafını dəstəkləmək, əlaqəliliyi artırmaq və regional inteqrasiyanı gücləndirmək məqsədilə dəmir yolu və digər infrastruktur sahələrinin inkişafı ilə bağlı tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Məlumata görə, aparılacaq tədqiqatlar ölkədə nəqliyyat və infrastruktur sisteminin təkmilləşdirilməsinə, həmçinin regionda iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Sara