"İki ölkə arasında münasibətlərin dərinləşdirilməsi iqtisadiyyatın əsas sahələrini əhatə edəcək" - Azər Badamov
“Birləşmiş Ərəb Əmirlikləri kimi Azərbaycan da logistika üçün mərkəz rolunu oynayır, qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyyatını şaxələndirmək yolunda mühüm addımlar atır. İki dövlət arasında münasibətlərin inkişafını təmin edən bu amillər əsasdır. Deməli, fokuslar eyni, atılan addımlar bənzərdir. Bu baxımdan cənab Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri ondan xəbər verir ki, iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi iqtisadiyyatın əsas sahələrini əhatə edəcək”.
Bu fikirləri deputat Azər Badamov mətbuata açıqlamasında Prezident İlham Əliyevin Əbu-Dabiyə səfərini və səfər çərçivəsində keçirilən görüşləri nəzərə alaraq öz təəssüratlarınızı bölüşərkən deyib.
Deputat bildirib ki, BƏƏ neft və qaz zənginliyindən iqtisadiyyatı şaxələndirərək modernləşdirməyə və təbii resurslardan asılılığı azaltmağa çalışır:
“BƏƏ 1971-ci ildə müstəqillik qazanan gənc bir dövlətdir. Cəmi 10 milyon əhalisi olsa da, ölkə dünya neftinin təxminən 4 faizini təmin edən 8-ci ən böyük neft istehsalçısıdır, həmçinin 5-ci ən böyük təbii qaz istehsalçısıdır. Neft və qaz baxımından tez-tez “resurs lənətinə” gəlsə də, nəticə etibarilə iqtisadiyyatda yüksək dəyişiklik əldə etmiş ölkədir. Çünki BƏƏ bu problemlərlə mübarizə aparmaq üçün vaxt itirmdən addımlar atmağa başladı və əksər resurslarla zəngin ölkələrdən nisbətən daha yaxşı nəticələr əldə etdi. Hökumət onilliklərdir ki, təbii ehtiyatlardan iqtisadi müstəqilliyi sürətləndirməklə Sinqapur, Çin iqtisadi keçidləri kimi uğurlu modelləri uyğunlaşdırmaqla dəyər hasilatı iqtisadiyyatından dəyəryaratma iqtisadiyyatına keçmək üçün səy göstərir. Bu planlar böyük infrastruktur investisiyaları, təhsil vasitəsilə əmək məhsuldarlığının artırılması, biznes üçün əlverişli mühit və sənaye şaxələndirilməsinə təkan vermək ətrafında qurulub.
Azad zonalar özəl sektorun fəaliyyətinin əsas hərəkətverici qüvvəsidir. Bütün bu siyasətlərin son məqsədi iqtisadiyyatı modernləşdirmək və onu təbii sərvətlərdən, asılılıqdan ayırmaqdır. Hökumətin sənaye siyasəti bir neçə əsas sektoru hədəfə alıb. Bunlara daxildir tikinti, logistika və ticarət, turizm, konfranslar, sərgilər. Meqalayihələr və geniş şəhərətrafı məhəllələr BƏƏ-də tikintinin ən görünən əlamətləridir. Tikinti beləliklə turistləri, əcnəbiləri, xarici şirkətləri ölkəyə cəlib etmək üçün bir vasitədir. Bu strategiya “tikin və onlar gələcəklər” adlanır”.media-inshot_20260204_215828492
Deputat vurğulayır ki, Azərbaycan və BƏƏ iqtisadiyyatın şaxələndirilməsi, turizm, logistika və texnologiya sahələrində oxşar strategiyalarla əməkdaşlığı dərinləşdirir:
“Təbii ki, tikinti layihələrinin ən çox istifadə edilən sahəsi turizmdir. Bu istiqamətdə ölkə bir çox diqqətçəkən məkanlara sahibdir. Neft və qaz ticarəti, həm də turizm sənayesi sahəsində təbii nəqliyyat mərkəzidir. Beləliklə, bütün bu qeyd edilən amillər Azərbaycanla paralellik təşkil edir. Birləşmiş Ərəb Əmirlikləri kimi Azərbaycan da logistika üçün mərkəz rolunu oynayır, qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyyatını şaxələndirmək yolunda mühüm addımlar atır. İki dövlət arasında münasibətlərin inkişafını təmin edən bu amillər əsasdır. Deməli, fokuslar eyni, atılan addımlar bənzərdir. Bu baxımdan cənab Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri ondan xəbər verir ki, iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi iqtisadiyyatın əsas sahələrini əhatə edəcək. Habelə, bununla kifayətlənməyəcək. Müdafiə qabiliyyətinin artırılması da mərkəzi amillərdən biridir. Bu işdə birgə təlimlərin mütəmadi xarakter alması hədəfdədir. Birləşmiş Ərəb Əmirlikləri həm də beynəlxalq kosmik stansiyaya astronavt, eləcə də Marsa kosmik zond göndərən kosmik proqramlara başlayıb. Azərbaycan da bu sahə üzrə dünyanın mütərəqqi ölkələri ilə ayaqlaşır. Həm BƏƏ, həm Azərbaycan dövlət maliyyəsi, daxili investisiya layihələrinin maliyyələşdirilməsi, beynəlxalq aktivlərinin böyük bir portfelinin idarə edilməsi kimi bir çox funksiyalar yerinə yetirməyə çalışır. Təbii ki, bunların ianələrindən əldə edilən gəlir neft gəlirlərindən müstəqillik qazanmaq baxımından digər vacib amildir”.
Cəmilə Cəfərzadə