İngiltərədə Liqa Kubokunun yarımfinalının cavab oyununda "Mançester Siti" evdə "Nyukasl"ı (3:1) məğlub edib.
Fanat.Az xəbər verir ki, hesabı yeddinci dəqiqədə Omər Marmuş açdı. O, 29-cu dəqiqədə dubl edib. Ev sahibi komandanın üçüncü qolunu 33-cü dəqiqədə Teyani Reynders vurub. 62-ci dəqiqədə isə "sağsağanlar"ın oyunçusu Entoni Elanqa matçda son nöqtəni qoyub.
Matçın video icmalını təqdim edirik: