AZ

Sahibkar üçün ən vacib məsələlərdən biri ədalətli məhkəmə müdafiəsinə arxayın ola bilməsidir - İnam Kərimov

Bakı.Trend:

Müasir dövrdə güclü iqtisadiyyat yalnız sərmayə vətəşəbbüskarlıqla deyil, eyni zamanda etibarlı, çevik vəproqnozlaşdırıla bilən hüquq sistemi ilə formalaşır.

Trend xəbərverir ki, bu fikirləri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasınınsədri İnam Kərimov bu gün Bakıda keçirilən “LEGIS” Beynəlxalq HüquqForumunda çıxışı zamanı deyib.

İ.Kərimov bildirib ki, sahibkar üçün ən vacib məsələlərdən birimübahisə yarandıqda ədalətli, şəffaf və operativ məhkəməmüdafiəsinə arxayın ola bilməsidir. Məhz bu etimad investisiyamühitinin əsas sütunlarından biridir.

“Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mərkəzindədə bu məqsəd dayanır. İxtisaslaşmış kommersiya məhkəmələrininfəaliyyətə başlaması kommersiya mübahisələrinə daha peşəkar şəkildəbaxılmasına, məhkəmə təcrübəsində vahid yanaşmanın formalaşmasınavə qərarların hüquqi əsaslandırılmasının gücləndirilməsinə imkanverib.

Deyə bilərəm ki, son illər məhkəmə aktlarının sabitliyininyüksəlməsi bütövlükdə məhkəmə hakimiyyətinə olan inamın artmasınagətirib çıxarıb. Aparılan təhlillər kommersiya məhkəmələrininicraatında olan mübahisələrin sayının ildən-ilə artdığını göstərir.Bu artım bir tərəfdən iqtisadi aktivliyin göstəricisi, digərtərəfdən isə sahibkarların məhkəməyə və ədalətli qərargözləntilərinə olan etimadının ifadəsidir”.

O vurğulayıb ki, güclü dövlət anlayışı məhz vətəndaş və sahibkarhüquqlarının qorunması ilə ölçülür. Bu baxımdan ölkəmizdə inzibatihüququn inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevtərəfindən daim vurğulanan “dövlət siyasətimizin mərkəzindəAzərbaycan vətəndaşı dayanır” prinsipinin bariz təzahürüdür:

“Bununla belə, inzibati məhkəmə icraatı sahəsində yeni mərhələyəuyğun islahatlara ehtiyac qalmaqdadır. Bu islahatlar həm tətbiqzamanı yaranan çətinlikləri aradan qaldırmalı, həm də müasirçağırışlara uyğunlaşmanı təmin etməlidir. Qanunun aliliyinin,etimad və şəffaflığın gücləndirilməsində alternativ mübahisə həllimexanizmləri də mühüm rol oynayır. Ümid edirik ki, ölkəmizdəarbitraj institutlarının inkişafı kommersiya və mülki mübahisələrindaha operativ və səmərəli həllinə xidmət edəcək. Bu sahədə məhkəməsistemi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və biz də buistiqamətdə dəstək göstərməyə hazırıq”.

İ.Kərimov vurğulayıb ki, qloballaşan dünyada hüquq sistemidəyişən iqtisadi və texnoloji çağırışlara uyğunlaşmalıdır. Bubaxımdan süni intellektin hüquqda tətbiqi artıq reallıqdır.

“Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir, lakindüzgün və məsuliyyətli istifadə edildikdə məhkəmə təcrübəsinintəhlilində, hüquqi sənədlərlə işdə və risklərinqiymətləndirilməsində effektiv köməkçi alətə çevrilir. Hazırdaməhkəmələrdə bu istiqamətdə zəruri addımlar atılır və süniintellektin tətbiqi məhkəmə fəaliyyətinin səmərəliliyininartırılmasına xidmət edəcəkdir”.

Seçilən
99
4
az.trend.az

7Mənbələr