AZ

Vens Azərbaycana BU TARİXDƏ gələcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərinin vaxtı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, C.D.Vens İtaliyanın Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək. Bu barədə Associated Press məlumat yayıb.

Agentliyin yazdığına görə, Vens İtaliyadan sonra Cənubi Qafqaza yollanacaq və burada ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişənin həllinə yönəlmiş razılaşmanın hazırlanması üzərində işləyəcək. Lakin məlumatda vitse-prezidentin hər iki ölkəyə dəqiq hansı tarixdə gələcəyi qeyd olunmayıb.

Xatırladaq ki, İtaliyanın Milan şəhərində keçiriləcək 2026 Qış Olimpiya Oyunları açılış mərasimi fevralın 6-da baş tutacaq.

Ehtimal edilir ki, səfər 7-8 fevral aralığında gerçəkləşəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvar ayının sonunda vitse-prezident Cey Di Vensin Azərbaycan və Ermənistana planlaşdırılan səfəri ilə bağlı açıqlama vermişdi.

Gözlənilən səfərin regionda sülh prosesinə yeni impuls verəcəyi və ABŞ-nin vasitəçilik rolunu gücləndirəcəyi ehtimal olunur.

Sara

Seçilən
4
nocomment.az

1Mənbələr