AZ

"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi yolları qar və buzdan təmizləyir » AzadMedia.az


Şamaxının Avaxıl, Qızmeydan və Cabanı-Əngəxaran kənd yolunda işlərini davam etdirir. "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin xüsusi təyinatlı texnikası və işçi heyəti adıçəkilən yolları qar və buzdan təmizləyir. Bunun üçün yollara qum və duz məhlulu səpilir.

İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, texnika və işçi heyəti buzlu yollarda fasiləsiz olaraq intensiv çalışır. Nəqliyyat vasitələrinin hərəkətində heç bir porblem yoxdur. Havanın şaxtalı və qarlı olmasına baxmayaraq, sakinlərin və sürücülərin rahat hərəkət etməsi təmin olunur
Seçilən
54
1
azadmedia.az

2Mənbələr