AZ

Qvardiola Siti dən ayrıla bilər

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda İngiltərə klubundan ayrıla bilər.

"Unikal" BBC-yə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis yekun qərarını mövsümün sonlarına yaxın açıqlayacaq.

İddiaya görə, o, ilkin qərarını dəyişib klubda qalsa belə, 2027-ci ilin yayında başa çatacaq hazırkı müqaviləsinin müddətini uzatmayacaq.

"Mançester Siti" İngiltərə Premyer Liqasında 24 turdan sonra 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda, həmçinin Çempionlar Liqasında 1/8, İngiltərə Kubokunda 1/16, Liqa Kubokunda (FA Cup) isə finala yüksəlib.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə başçılıq edir. Onun rəhbərliyi altında komanda Premyer Liqanın, Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
3
unikal.az

4Mənbələr