AZ

Uçot dərəcəsi endirildi Region ölkələrində və Azərbaycanda vəziyyət necədir?

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycan Mərkəzi Bankı 4 fevral 2026-cı il tarixli qərarı ilə uçot faiz dərəcəsini 6,75%-dən 6,5%-ə endirib. Bu dəyişiklikdən sonra Azərbaycan uçot faizinin ən yüksək olduğu ölkələr siyahısında 50-ci pillədən 54-cü yerə geriləyib. Yəni hazırda Azərbaycan bu göstəriciyə görə dünyada 54-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, uçot (yenidən maliyyələşmə) faiz dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına və maliyyə institutlarına verdiyi vəsaitin dəyərini ifadə edir. Banklar Mərkəzi Bankdan aldıqları pulu müəyyən müddət sonra geri qaytararkən əsas məbləğə əlavə olaraq bu faiz dərəcəsinə uyğun vəsait ödəyirlər. Məsələn, hazırkı 6,5% uçot dərəcəsi ilə 100 min manat borc alan bank bir ildən sonra 6 500 manat əlavə faiz ödəməli olur.

Dünyada uçot faizinin ən yüksək olduğu ölkə Venesueladır – burada bu göstərici 58,6%-dir. Siyahının yuxarı sıralarında həmçinin Türkiyə (37%), Zimbabve (35%), Argentina (29%), Nigeriya (27%), Malavi (26%), İran (23%) və Misir (20%) yer alır. Ən aşağı uçot faiz dərəcələri isə Fici (0,25%), Kamboca (0,42%), Yaponiya (0,75%), Sinqapur (0,98%) və Tailandda (1,25%) qeydə alınıb.

Keçmiş SSRİ və region ölkələri üzrə göstəricilərə baxdıqda, Türkiyədə uçot faizi 37%, İranda 23%, Qazaxıstanda 18%, Rusiyada 16%, Ukraynada 15%, Özbəkistanda 14%, Qırğızıstanda 11%, Belarusda 9,75%, Gürcüstanda 8%, Tacikistanda 7% təşkil edir. Azərbaycan və Ermənistanda bu göstərici 6,5%, Moldovada isə 5% səviyyəsindədir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
azpolitika.info

1Mənbələr