AZ

Melaniya Tramp: Bu məsələ ilə əlaqədar Putinlə əlaqədəyəm

BAKI, 5 fevral. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin və onun komandası ilə təmaslar davam edir, məqsəd daha çox ukraynalı uşağın geri qaytarılmasını təmin etməkdir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin birinci xanımı Melaniya Tramp jurnalistlərə deyib.

“Bu məsələnin üzərində işləyirəm, əlaqələrimiz davam edir. Ümid edirəm ki, tezliklə uğur əldə edəcəyik”, - o bildirib.

Melaniya Tramp danışıqların detallarını açıqlamayıb.

ABŞ-nin birinci xanımı Prezident Donald Trampın ikinci müddətinin başlanğıcından sonra on beş uşağı Ukraynaya qaytarıb.

Xatırladaq ki, Ukrayna Rusiyanı ən azı 19,000 uşağın oğurlanması və onları Rusiya və ya işğal olunmuş ərazilərə aparmaqda ittiham edir.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr