AZ

ABŞ nümayəndə heyəti TRIPP layihəsi çərçivəsində Ermənistana gedib

ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiyalar sahəsində Tərəfdaşlıq Fondu adından AECOM-un komandası TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutu") layihəsi üçün ərazinin tədqiqinə başlamaq məqsədilə Ermənistana səfər edib.

"Far.Az"un yerli KİV-ə istinadən verdiyi məlumat görə, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, işlər Ermənistanın uzunmüddətli iqtisadi inkişafına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya kömək edəcək dəmir yolu və digər infrastrukturun tikintisi üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) və təkliflərin hazırlanmasını əhatə edəcək.

Seçilən
17
far.az

1Mənbələr