AZ

Tramp varislərindən danışdı: Onlardan biri daha diplomatikdir...

ABŞ prezidenti Donald Tramp vitse-prezident J.D.Vens və dövlət katibi Marko Rubionu 2028-ci il seçkilərində əsas varisləri hesab etdiyini faktiki olaraq etiraf edib.

Musavat.com xəbər verir ki, o, bu barədə NBC News-a müsahibəsində danışıb. Tramp onlardan hansını Respublikaçıların prezidentliyə namizədi kimi gördüyünü dəqiqləşdirməyib: "Düşünürəm ki, J.D. və Markonun ittifaqını məğlub etmək çox çətin olardı, amma siyasətdə heç vaxt bunu bilmirsən".

Tramp hələ yekun qərarın verilmədiyini və Respublikaçıların "əla namizədlər heyətinə" sahib olduğunu vurğulayıb. O, Vens və Rubionun "kombinasiyasında" kimə üstünlük verdiyini açıqlamaqdan imtina edib: "Bunun təfərrüatlarına varmaq, mübahisə yaratmaq istəmirəm; hələ üç ilimiz var. Əla iş görən iki nəfərim var və mübahisə yaratmaq istəmirəm. J.D. də, Marko da fantastikdir. Düşünürəm ki, hər ikisi çox ağıllıdır, onlardan biri bir az daha diplomatikdir. Onların üslublarında bəzi fərqlər var". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr