AZ

“ƏMAS-da bir sıra proseslər tam elektronlaşdırılacaq” - DOST Mərkəzi

Əmək və məşğulluq sahəsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində növbəti mərhələdə ƏMAS-da yeni funksiyaların tətbiqi nəzərdə tutulur.

SİA xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ƏMAS çərçivəsində kadr anketlərinin və CV-lərin, ezamiyyə vərəqələrinin elektronlaşdırılması, həmçinin əməkhaqqı ödənişlərinin bank hesabları üzrə mərkəzləşdirilmiş qaydada idarə olunması kimi funksiyalar tətbiq ediləcək. Eyni zamanda Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər təhlil olunaraq sistemin mövcud funksionallığına uyğunlaşdırılacaq.

Kənan Əkpərov qeyd edib ki, sosial sığorta sahəsində də mühüm yeniliklər həyata keçirilib: “Pensiyanın təyin edilməsi və yenidən hesablanması, tutulmaların avtomatlaşdırılması və digər sosial sığorta xidmətləri üzrə bir sıra yeni elektron funksiyalar artıq tətbiq olunub”.

Direktor vurğulayıb ki, həyata keçirilən bu dəyişikliklər xidmətlərin icra müddətini əhəmiyyətli dərəcədə azaldaraq vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
15
1
sia.az

2Mənbələr