AZ

Darvin Nunyes “Əl-Hilal”da qalacaq

“Əl-Hilal”ın hücumçusu Darvin Nunyesin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, uruqvaylı futbolçunun Türkiyənin “Fənərbağça” klubuna keçidi ilə bağlı yayılan şayiələr gerçəkləşməyəcək. Bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O tərəflər arasında transferlə bağlı heç bir ciddi irəliləyiş olmadığını və razılaşmaya yaxınlaşılmadığını qeyd edib.

Qeyd edək ki, Darvin Nunyes 2024-cü ilin avqustunda “Liverpul”dan “Əl-Hilal”a 53 milyon avro qarşılığında transfer olunub. “Transfermarkt” portalının məlumatına əsasən, hazırda 26 yaşlı hücumçunun bazar dəyəri 35 milyon avro təşkil edir.

Futbolçunun Ər-Riyad təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Nunyes cari mövsümdə “Əl-Hilal”ın heyətində keçirdiyi 22 oyunda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
29
90deqiqe.az

1Mənbələr