AZ

"2025-ci ildə DOST tərəfindən 94 layihə və e-xidmət icra olunub" - Kənan Əkpərov

2025-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bu layihələrdən 69-u mövcud xidmətlərin təkmilləşdirilməsi, 25-i isə yeni hazırlanmış layihələr olub.

SİA xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ildə e-xidmətlərdən istifadə göstəriciləri əhəmiyyətli dərəcədə artıb: “İl ərzində e-Sosial portalı vasitəsilə xidmətlərdən 17,2 milyon dəfə istifadə olunub, e-xidmətlər üzrə ümumilikdə 27,1 milyon müraciət qeydə alınıb”.

Kənan Əkpərov bildirib ki, sosial xidmətlərin proaktiv şəkildə göstərilməsi də genişlənib: “Proaktiv qaydada 258 min təyinat aparılıb, vətəndaşlar tərəfindən isə 711 min elektron arayış əldə edilib”.

Direktor vurğulayıb ki, həyata keçirilən layihələr sosial xidmətlərin əlçatanlığının artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə və rəqəmsal həllərin daha geniş tətbiqinə xidmət edir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
48
sia.az

1Mənbələr