AZ

DOST 2025-də 94 rəqəmsal layihə həyata keçirib

BAKI, 5 fevral. TELEQRAF

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb.

Teleqraf xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mərkəzdə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu layihələrdən 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir.

"2025-ci ildə e-xidmətlərdən istifadə göstəriciləri e-Sosial portalından 17,2 milyon dəfə, e-xidmətlərə ümumilikdə 27,1 milyon müraciət olub. Proaktiv qaydada 258 min təyinat aparılıb. Vətəndaşlar tərəfindən 711 min e-arayış alınıb", - o əlavə edib.

Seçilən
39
teleqraf.com

1Mənbələr