AZ

Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

Bakı. Trend:

Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasivasitələrlə həllinin tərəfdarı olub.

Trend xəbər verirki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın RəfiyevBakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” adlıtədbirdə çıxışında deyib.

“Bu gün biz görürük ki, məhz dialoq və diplomatiya vasitəsiləbir çox problemlər həllini tapır. Azərbaycanın vasitəçi dövlət vəya “körpülər quran” kimi oynadığı müasir rol təkcə münaqişələrzamanı deyil, eyni zamanda bizim praktiki fəaliyyətlərimizdə,ələlxüsus da Bakıda keçirilən COP29 zamanı özünü büruzə verib”,-deyə Yalçın Rəfiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq dialoq üçün yaxşıtanınan və nüfuzlu bir platformadır.

Nazir müavini xatırladıb ki, bu ilin may ayında AzərbaycandaÜmumdünya Şəhərsalma Forumu keçiriləcək və bu forum urbanizasiyanınmüasir çağırışlarının, iqlim və ekoloji dayanıqlılıq standartlarınauyğun davamlı və dayanıqlı şəhərlərin formalaşdırılmasıməsələlərinin müzakirəsi üçün müxtəlif ölkələrdən minlərlənümayəndəni bir araya gətirəcək.

O, həmçinin qeyd edib ki, bu il Azərbaycan bir sıra digər mühümbeynəlxalq tədbirlərin də təşəbbüskarı kimi çıxış edib və onlara evsahibliyi edəcək. Bunlara aprel ayında UNESCO-nun sessiyası, iyunayında İslam İnkişaf Bankının illik toplantısı, Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEMT) Sammiti vədigər tədbirlər daxildir.

Məqalədə:
Seçilən
63
3
az.trend.az

4Mənbələr