Bakı. Trend:
Hüquq çox zaman inkişafın qarşısını alan mexanizm kimi qəbulolunur. Amma yalnız pis hüquq bu inkişafın qarşısını alır.
Trend xəbərverir ki, bu fikirləri "PAŞA Holding" MMC-nin baş icraçı direktoruCəlal Qasımov bu gün Bakıda keçirilən “LEGIS” Beynəlxalq HüquqForumunda çıxışı zamanı deyib.
“Biz artıq “LEGİS” jurnalının ilk buraxılışını bu gün təqdim edəbilirik. “PAŞA Holding” olaraq dövlət və özəl sektor arasındaəməkdaşlığın tərəfdarıyıq. Bu dövrdə iqtisadiyyatda, texnologiyadaciddi dəyişikliklər baş verir. Biz bu texnologiyaları tətbiqedirik. Dövlət strukturlarında lazımi bürokratiya var və bunsuzmümkün deyil. Biznes və cəmiyyət bir-birinə kömək edib irəli gedəbilər”, - deyə baş icraçı direktor qeyd edib.
C.Qasımov bildirib ki, biznes qanunları təkcə icra mərhələsindəyox, hazırlanma mərhələsində də masada olmalıdır:
“Qanun sonda ona görə yazılır ki, çərçivə cəmiyyət olaraq irəligedək. Dövlət istəyir ki, iqtisadiyyat tempi artsın və biznes də butempi artırır. “LEGİS”in əsas məqsədi dialoq, birgəməsuliyyətdir”.