Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dünyadakı mövcud müharibələr, artan geosiyasi gərginliklər beynəlxalq ticarəti əsas diqqət mərkəzinə gətirir və ölkələri idxal mənbələrini şaxələndirməyə, problemdən çıxış yolları tapmağa məcbur edir. Mövcud vəziyyət bəzi ölkələri idxaldan daha çox asılı olmaq məcburiyyətində qoyur.
Reyting.az xəbər verir ki, idxaldan ən çox asılı iqtisadiyyatlar əsasən kiçik ada dövlətləri, həmçinin dənizə çıxışı olmayan ölkələrdir.
Yeni təqdim edilən statistikaya əsasən, Honkonqda istehlak olunan fosil yanacağın 99 faizi idxal hesabınadır. Sosialist Kubasında isə əksinə, daxili istehsalın zəifləməsi, göstəricilərin çox aşağı düşməsi səbəbindən ölkəyə gətirilən ərzağın təxminən 80 faizi xarici mallardır.
Dünya Bankının məlumatlarına əsaslanan infografikaya görə, idxalın Ümumi Daxili Məhsulu (ÜDM) nisbətində dünya lideri Honkonqdur, çünki bu ölkənin göstəricisi 178 faizə çatır ki, bunun da əsas səbəbi Honkonqun böyük ticarət, re-ixrac mərkəzinə çevrilməsidir.
Lüksemburq, San-Marino, Sinqapur kimi ticarət-maliyyə mərkəzlərinin idxal göstəriciləri də yüksəkdir.
Naura və Seyşel adaları, o cümlədən Kiribati kimi kiçik ada dövlətlərində idxalın həcmi ÜDM-i təxminən 100 faizdən çox üstələyir. Ümumilikdə idxaldan çox asılı olan 30 ölkədən 26 dövlətin əhalisi 10 milyon nəfərdən azdır.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri də, xüsusilə ərzaq baxımından idxaldan çox asılıdır, bu ölkədə qida məhsullarının təxminən 90 faizə qədəri xaricdən gətirilir.
Avropa məkanında isə dənizə birbaşa çıxışı olmayan Slovakiya idxaldan çox asılı ölkələr sırasındadır. Neft təchizatındakı çatışmazlığın qarşısını almaq məqsədilə bu ölkəyə Rusiya neftinin idxalına qadağadan istisna verilib, çünki Slovakiya Respublikası neftinin 87 faizini Rusiyadan alır.

Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.