AZ

Mingəçevirdə ana və 3 övladı dəm qazından zəhərləndi

10:54 05.02.2026
10:54 05.02.2026

Mingəçevirdə ana və üç övladı dəm qazından zəhərlənib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, 38 yaşlı Nübar Yusifova, övladları 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Seçilən
89
13
mynews.az

10Mənbələr