AZ

Rumıniyada ağlagəlməz fırıldaq: Özünü Dubay şahzadəsi kimi təqdim edən şəxs qadının milyonlarını ələ keçirdi

Rumıniyada özünü Dubay şahzadəsi kimi təqdim edən nigeriyalı tərəfindən yerli iş adamına qarşı törədilən 2,5 milyon dollarlıq dələduzluq faktı ilə bağlı cinayət işi açılıb.

7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, fırıldaqçılar rumın iş qadınını humanitar fondlara investisiya yatırmağa razı salıblar.

Özünü ərəb şahzadəsi ilə əməkdaşlıq etdiyinə inanan sahibkar qadın saxta bank hesabına 2,5 milyon dollardan artıq vəsait köçürüb. Bunun üçün o, bank kreditlərindən və şirkətinin maliyyə resurslarından istifadə edib, hətta şəxsi evini girov qoyub.

İş adamını aldadan şəxs Henri Eke adlı nigeriyalı olub. O, sahibkarı aldatmaq məqsədilə saxta şəxsiyyət vəsiqəsi, uydurma banklar və maliyyə məsləhətçiləri şəbəkəsi yaradıb. Bundan əlavə, romantik vədlər və evlilik təklifləri ilə müşayiət olunan mürəkkəb dələduzluq sxemindən istifadə edib.
Seçilən
7
7news.az

1Mənbələr