AZ

Bill Qeyts Epşteyn işinə görə dindirilə bilər

ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan üzvləri Bill Qeytsin amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı dindirilməsini tələb edirlər.

"Unikal" xəbər verir ki,  bu barədə  Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer məlumat yayıb. 

Onun sözlərinə görə, "Nümayəndələr Palatasının ikipartiyalı qanunvericilər qrupu "Microsoft"un milyarder qurucusunu sorğu-sual etmək imkanı üçün səy göstərir". 

Xatırladaq ki, "Microsoft" şirkətinin təsisçisi Bill Qeytsin mübahisəli maliyyəçi Ceffri Epşteynlə münasibətləri ortaya çıxıb. Sözügedən şəxs ABŞ-də yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunurdu. Ceffri Epşteyn  2019-cu ildə həbsxanada ölü tapılıb. 

Gülayə Mecid 

Seçilən
3
unikal.az

1Mənbələr