AZ

Dövlət və biznes arasındakı dialoq iqtisadi inkişafın əsas şərtidir- Cəlal Qasımov

Azərbaycanın iqtisadi təməllərinin möhkəmlənməsi həm dövlətin, həm də biznes sektorunun ortaq maraqlarına cavab verir. BunuPAŞA Holding MMC-nin baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda bildirib.

Qasımovun sözlərinə görə, biznes sektoru ölkədə iqtisadi inkişafı təmin edən əsas subyektlərdən biri kimi çıxış edir və bu baxımdan dövlətlə biznesin strateji məqsədləri üst-üstə düşür.

"Bu gün keçirilən platformalarda qanunları hazırlayanlar və onları tətbiq edən tərəflərin bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma qanunvericilik mühitinin daha effektiv və real iqtisadi şəraitə uyğun formalaşdırılmasına imkan verir. Prosesdə əsas prinsiplər dialoq, etimad və birgə məsuliyyətdir. Dövlət və biznes nümayəndələrinin açıq müzakirələr aparması, birgə qərarların qəbul edilməsi və qarşılıqlı inamın möhkəmləndirilməsi iqtisadi qanunvericiliyin daha dayanıqlı və tətbiq oluna bilən şəkildə hazırlanmasına şərait yaradır", - o bildirib. 

O vurğulayıb ki, qanunvericiliyi hazırlayan və onu tətbiq edən tərəflərin eyni platformada bir araya gəlməsi normativ mühitin real iqtisadi şəraitə uyğunlaşdırılması baxımından mühüm rol oynayır.

Aytac Zeynalova

Seçilən
42
anews.az

1Mənbələr