AZ

“Yenə nüvə silahı hazırlamaq istəyirlər” Trampdan İrana xəbərdarlıq

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını yenidən qurmaq niyyətində olduğunu iddia edib.Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp bu açıqlamasını NBC News ə müsahibəsində, sabah (fevralın 6-da) Omanın Maskat şəhərində keçiriləcək ABŞ-İran danışıqları öncəsi verib.Tramp bildirib ki, İran ABŞ tərəfindən vurulan nüvə obyektlərə qayıda bilməsə də, ölkənin başqa bir yerində yeni bir mərkəz qurmağa çalışır: “Bu planı öyrəndik və “etsəniz ağır nəticələri olacaq” dedim”.ABŞ və müttəfiqi İsrail İranı nüvə silah hazırlamağa çalışmaqda ittiham edir. İran isə proqramının sülh məqsədlər, o cümlədən elektrik istehsalı üçün olduğunu bildirir.ABŞ Dövlət Departamenti nümayəndələri, sabahkı görüşlərdə ballistik raketlər, bölgədə terror təşkilatlarına dəstək, nüvə proqram və insan haqları məsələlərinin müzakirə olunacağını açıqlayıblar.Xatırladaq ki, 2025-ci ilin iyun ayında ABŞ və İsrailin birgə həyata keçirdiyi “Gecə yarısı çəkici” əməliyyatları İranın Natanz, Fordo və İsfahan şəhərlərindəki nüvə obyektlərinə yönəldilmişdi. Trump həmin əməliyyatları “böyük uğur” adlandırsa da, media tərəfindən yayılan ilk hesabatlarda proqramın yalnız bir neçə ay gecikdiyi qeyd olunmuşdu.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
www.bakupost.az

1Mənbələr