AZ

İran qəribə ölkədir, Xamenei ilə birbaşa danışmaq mümkün deyil, Pezeşkian isə... - Vens

BAKI, 5 fevral. TELEQRAF

“İranda həqiqi qərarverici şəxs İslam Respublikasının rəhbəridir (Əli Xamenei), prezident (Məsud Pezeşkian) isə çox da əhəmiyyət kəsb etmir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

O bildirib ki, İran xarici işlər naziri Abbas Əraqçi Xameneiyə bağlı şəxsdir, ABŞ də onunla təmas qurub: “Amma bu struktur İranla diplomatiyanı çox mürəkkəbləşdirir. İran diplomatiya üçün çox qəribə ölkədir, çünki ölkənin həqiqi məsul şəxsi ilə birbaşa danışmaq mümkün deyil”.

Vens vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp birbaşa Rusiya Prezidenti Vladimir Putin və ya Çin Sədri Si Cinpinlə, hətta düşmən münasibətləri olan ölkələrlə də danışa bilsə də, Əli Xamenei ilə birbaşa dialoq imkanının olmaması diplomatiyanı çətinləşdirir.

Seçilən
6
teleqraf.com

1Mənbələr