Fevralın 4-də 163 nömrəli məktəbin pəncərəsindən yıxılan 10-cu sinif şagirdinə dair məlumat yayılıb.
"Yeni Sabah" xəbər verir ki, 2010-cu il təvəllüdlü məktəbli saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Kliniki Tibbi Mərkəzinə gətirilərkən onun almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları müəyyən olunub. Onun vəziyyəti ağır qiymətləndirilib.
Telegram kanalımız