AZ

"Qoşulmama Hərəkatının Gənclər Həftəsi" açıq dialoq üçün yaradılmış bir platformadır - Leyla Həsənova

Bakı. Trend:

"Qoşulmama Hərəkatının Gənclər Həftəsi" açıq, səmimi vənəsillərarası dialoq üçün yaradılmış bir platformadır.

Trend xəbər verirki, bunu Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədri LeylaHəsənova Bakıda keçirilən “Qoşulmama Hərəkatının Gənclər Həftəsi”tədbirində bildirib.

“Yaxın günlər ərzində biz qeyri-müəyyənlik şəraitindədiplomatiya, dayanıqlı inkişaf və enerji keçidi, şəhər inkişafı,həmçinin gənclərin beynəlxalq və siyasi yönümlü sahələrdə mənalıkaryera qurması üçün zəruri olan bacarıqları müzakirə edəcəyik. Bumüzakirələr qlobal çağırışları, eləcə də Qoşulmama Hərəkatının əsasdəyərlərini əks etdirir və əməkdaşlıq, dialoq və qarşılıqlı hörmətiehtiva edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu həftə müzakirələrlə kifayətlənməməyəhəsr olunub. Söhbət ideyaların fəaliyyətlə, siyasətin isəinsanlarla vəhdətindən gedir.

“Biz tez-tez eşidirik ki, gənclər sabahın liderləridir, lakinonlar artıq bu gün də fəal iştirakçıdırlar, yeni baxışlar,məsuliyyət və həll yollarının tapılmasına səmimi sadiqlikgətirirlər”, – deyə L. Həsənova qeyd edib.

O vurğulayıb ki, tədbirə 100-dən artıq iştirakçı qatılıb.

Məqalədə:
Seçilən
27
2
az.trend.az

3Mənbələr