ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərinə Rusiya tərəfindən müdaxilə olunması barədə iddiaların saxta olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, NBC telekanalına müsahibəsində məlumat verib.
“Hamı Rusiyadan danışırdı, amma bu saxtadır”, — deyə Tramp qeyd edib. Eyni zamanda o, xarici ölkələrin seçkilərə təsir etmə ehtimalını istisna etməyib və ədalətli seçki prosesinin təmin olunmasının vacibliyini vurğulayıb.
Aytəkin TOFİQQIZI