Matçlar zamanı biz “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni adətən hirsli, gərgin və son dərəcə emosional görürük. Ondan enerji daşır və sanki hər an hər kəsi parçalamağa hazırdır.
Publika.az xəbər verir ki, meydandan kənarda Simeonenin necə biri olduğunu demək olar ki, bilmirik. İndi isə bunu görmək üçün nadir fürsət yaranıb. Dieqonun 27 yaşlı ortancıl oğlu Canlukanın bu yaxınlarda Faustino adlı övladı dünyaya gəlib
Canluka artıq uşağını stadion və “Atletiko" ilə tanış edib. Məhz orada onun kiçik qardaşı Culiano və atası çıxış edir.
Bir neçə gün əvvəl isə Madriddəki restoranlardan birində Dieqo Simeonenin nəvəsi ilə oynadığı video yayılıb. Bu görüntülər böyük marağa səbəbə olub. Çünki həmişə gördüyümüz gərgin Dieqo bu dəfə şirin baba obrazında olub.