Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.
Baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəribarəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.